XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 July 2015 - 23:49

“Ermənistan, qalx!” deməyə cəmi 60 nəfər gəldi
İrəvanın mərkəzindəki Azadlıq meydanında elektrik enerjisinin bahalaşmasına qarşı təşkil olunan etiraz aksiyasında cəmi 60 nəfər iştirak edib.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, mitinqin ötən gün Bakı vaxtı ilə saat 20.00-a təyin olunmasına baxmayaraq, insanlar meydana gec gəlməyə başlayıb və bu səbəbdən aksiya bir saat gec baş tutub.

Aksiyanın izdihamlı olacağına ümid edən təşkilatçılar vətəndaşların passivliyindən məyus olduqlarını gizlətməyiblər. Etiraz hərəkatının liderlərindən biri olan David Sanasaryan həmvətənlərini fikir ayrılıqlarını və ziddiyyətləri kənara qoyaraq elektrik enerjisinin bahalaşmasına qarşı mübarizə ideyası ətrafında birləşməyə çağırıb.

Qeyd edək ki, aksiyanın keçirilməsində məqsəd 11 nəfərdən ibarət Şura tərəfindən idarə olunacaq “Ermənistan Qalx!” etiraz hərəkatının yaradıldığını elan etmək olub. Hərəkatın nizamnaməsi və proqramı elan edilib.

Məlumata görə, aksiya iştirakçıları mitinq bitməmiş dağılışmağa başlayıb.