Müsəlman dünyası yenə Ramazan bayramının zamanı barədə ortaq fikrə gələ bilmədilər. Sünnilər bir gün əvvəl, şiələr isə bir gün sonra bayramı qeyd etdilər.
Məsələ təkcə bayram tarixinin müəyyənləşdirilməsiylə məhdudlaşsaydı, dərd yarıydı. Şiələrin bayramı qeyd etdikləri bir gündə İraqdan qara xəbərlər də gəldi.
Xarici mətbu orqanlara istinad edən Strateq.az-ın bildirdiyinə görə, əsasən şiə müsəlmanların məskunlaşdığı Bağdadın 30 km-liyində yerləşən bazarda böyük bir partlama meydana gəlib. İlkin məlumatlara görə, partlayış nəticəsində, ən azı, 100 nəfər həyatını itirib, xeyli sayda yaralanan var.
İŞİD bu terror aktını özünün törətdiyini etiraf edib.
Strateq.az