Almaniyanın Katolik və Protestant kilsələrinin üzvlərinin sayı azalmaqda davam edir. İki gün əvvəl hər iki kiləsinin 2014-cü illə bağlı açıqlanan statistik məlumatlara görə, ötən il Katolik kilsəsi 230 min, Protestnat kilsəsi isə 410 min üzv itirib.
Katolik kilsəsinin üzvlərini sayı 23 mln 94 min, Protestant kilsəsinin üzvlərini sayı isə 22 mln 63 min olub.
üzvlərin vəfat etməsi ilə yanaşı qeydiyyatını ləğv edənlərin sayının artması da diqqət çəkib. Katolik kilsəsini tərk edənlərin sayı 2013-cü ildə 179 min olub, 2014-cü ildə isə bu rəqəm 218 minə yüksəlib.
Protestant kilsəsi isə hələ ki, ayrılan üzvlərin sayı ilə bağlı rəqəmləri açıqlamayıb. Bununla belə, Protestant kilsəsini də tərk edənlərin artıdğı və 2014-cü ildə rekord səviyyədə olduğu bildirilir.
Bu barədə “Alman dalğası” məlumat yayıb.
Katolik kilsəsində üzvlərin getməsi ilə bağlı 2010-cu ildə rekord göstərici qeydə alınmışdı. Uşaqlara cinsi təcavüz ilə bağlı meydana çıxan qlmaqalların ardınca 181 min nəfər üzvlükdən imtina etmişdi.
Strateq.az