XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

18 İyul 2015 - 19:58

İŞİD-ə bir zərbəni də Səudiyyə Ərəbistanı vurdu-Böyük həbs dalğası

İŞİD-in kitabı, deyəsən, yavaş-yavaş bağlanır. İraqda, Suriyada genişmiqyaslı hücumlara məruz qalaraq mövqelərini bir-bir itirən terror təşkilatı indi də ən böyük dəstək aldığı Səudiyyə Ərəbistanında arzuolunmaz durumla üzləşib.

Strateq.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün Səudiyyə Ərəbistanında İŞİD-ə qarşı böyük əməliyyat keçirilib. ölkənin müxtəlif şəhərlərindən 500 yaxın radikal vəhabi həbs olunub. Həbs olunanların Səudiyyə Ərəbistanında bir sıra terror hadisəsinə qarışdıqları bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl İŞİD qruplaşması bəyanat verərək Ərəbistan yarımadasını “şiəsizləşdirəcəklərini” bildirmişdilər. Bunun ardınca bir sıra şiə məscidlərində partalyışlar baş vermiş və bu hadisələrin hamısını İŞİD öz üzərinə götürmüşdür.

İlk belə terror hadisəsi Səudiyyə Ərəbistanın şərqində Katif bölgəsində yerləşən İmam Əli ibn Əbutalib məscidində törədilmişdi. 22 may tarixində baş verən partlama nəticəsində 22 insan ölmüş, 102 nəfər isə yaralanmışdı. üzərindən bir həftə keçdikdən sonra baş verən ikinci hadisədə isə Dammam şəhərindəki əl-Unud məscidi hədəfə alınmış, nəticədə 4 nəfər ölmüşdü.

Hardasa iki aydan sonra gələn bu əməliyyatla əl-Riyad ölkədə gözlənilən məzhəb savaşının qarşısını almağa çalışır.

Səudiyyə Ərəbistanı əhalisinin cəmi 10-15%-i şiə olsa da, onlar əsasən ölkənin neft ehtiyatlarının 80-90%-nin cəmləşdiyi şərq vilayətlərində yaşayırlar. ölkədə məhzəb müharibələri başlasa, ən böyük zərər Səudiyyə iqtisadiyyatına dəyə bilər. Bölgə üsyanlara səhnə olar, neft hasilatı xeyli zəifləyər.

Ekspertlər bu səbəbdən də rəsmi Riyadın məsələyə xüsusi həssasiyyətlə yanaşdığını, problemin böyümədən qarşısını almağa çalışdığını bildirirlər.

Heydər Oğuz

Strateq.az