XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 August 2016 - 20:57

Prezident İlham Əliyev sərəncam imzaladı,ASC-yə pul ayrıldı

Ilham Eliyev

Prezident İlham Əliyev Şəmkir və Tovuz rayonlarını birləşdirən Zəyəmçay üzərində körpünün bərpası haqqında sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Şəmkir və Tovuz rayonlarını birləşdirən yeganə körpünün bərpası üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 2,0 (iki) milyon manat ayrılıb.

 Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşmənii təmin etmək tapşırılıb.