XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 August 2016 - 21:50

“Qərb ölkələrini Putinlə Ərdoğan kimi liderlərin prinsipiallığı narahat edir” –Çavuşoğlu

cavusoglu

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Qərbin Rusiyanı qorxutmaq və ya aşağılamaq cəhdləri yersizdir. 

 Çavuşoğlu deyib: "Rusiyanı qorxutmaq, aşağılamaq, əhəmiyyətini azaltmağa çalışmaq kimi yanaşma yersizdir. Bununla heç nəyə nail olmaq olmaz".

O, Türkiyəyə də münasibətdə bu sözlərin keçərli olduğunu bildirib.

Çavuşoğlu deyib ki, Qərb ölkələrini Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan kimi liderlərin prinsipiallığı narahat edir: "Bu prinsipiallıqla üzləşən Qərb ölkələri həyəcan və qorxu keçirirlər. Onlar başa düşməılidirlər ki, nə qədər ki, davranış tərzlərini dəyişməyiblər, həmişə bu həyəcanı yaşayacaqlar".

Qaynarinfo.az