XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

19 Avqust 2016 - 11:18

Rövşən Lənkəranski son mənzilə yola salınır –Fotolar

l14

Rövşən Lənkəranskinin cənazə namazının qılınması üçün hazırlıqlar başlanıb. 

 Strateq.az Qaynarinfo.aza  istinadən bildirir ki, dini ritualın məscidin önündə də icra olunacağı haqda məlumat var.  

Hüzr mərasiminə kriminal aləmin nümayəndələri ilə yanaşı, Lənkəran Rayon İcra Hakimiyyətinin rəsmiləri də qatılıblar. 

Bu da təbiidir. Yerli sakinlər deyirlər ki,  dini ritualların belə izdihamlı keçməsi Lənkəranda adətən Aşura mərasimləri zamanı müşahidə olunur.

 Səhər tezdən Lənkəran Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal İstismar Sahəsinin işçiləri İmam Hüseyn məscidinə gələn yollarda təmizlik işləri aparıblar. 

Rövşən Lənkəranskinin cənazəsinin olduğu məscidin qarşısında çadırlar qurulub. Məscidin önündə xeyli sayda adam var. 

Hər dəqiqə əraziyə yeni-yeni şəxslər gəlir. Əllərində gül dəstələri gətirənlər də gözə dəyir.

Maşınlarda yatan şəxslərin çoxluğu onu deməyə əsas verir ki, Lənkərana Azərbaycanın hər yerindən, o cümlədən müxtəlif ölkələrdən də axın var. 

Mərhumun dəfn mərasiminin saat 10-da cənazə namazından sonra olacağı gözlənilir.

l1

l2

l3

l4

l5

l6

l7

l8

l9

l10

l11

l12

l13

l15

l16

l7