XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 August 2016 - 14:55

Rövşən Lənkəranskinin izdihamlı dəfni:Reportaj – FOTOLAR

 

20160819_095144

İstanbulda naməlum şəxslər tərəfindən güllələnərək qətlə yetirilən kriminal avtoritet, "qanuni oğru"  Rövşən Lənkəranski  bu gün doğulduğu rayonda – Lənkəranda dəfn edilib. 

Strateq.az-ın dəfndə iştirak edən əməkdaşının məlumatına görə, Rövşən Canıyevin nəşi evdən götürülərək, Kiçikbazar məscidinə gətirilib. Elə məscidin həyətində də yas mərasimi üçün mağarlar qurulub.

Gecədən etibarən Rövşən Canıyevin evi qarşısında çoxsaylı adamlar toplaşıblar. Onların sırasında Azərbaycanın müxtəlif yerlərindən, o cümlədən MDB-dən gəlmiş şəxslər var.

 

20160819_095440

Dəfn mərasimindən əvvəl məscidin həyətinə toplaşmış minlərlə insan Rövşən Canıyevlə vidalaşmaq üçün məcsidə daxil olublar. Təziyə mərasiminə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Cənub bölgəsi üzrə nümayəndəsi Hacı Sədi rəhbərlik edib.

O, dəfn mərasiminin sakit və mərhumun xatirəsinə hörmətlə yola verməyə çağıraraq, gəncləri çılğın hərəktlər etməməyə, şüar qışqırmamağa dəvət edib. Saat 10-da cənazə namazı qlındıqdan sonra mərhum qəbristanlığa aparılıb. Rövşənin cənazəsi qohumların vidalaşması üçün son dəfə doğluduğu evin həyətinə  gətirilib. Bundan sonra izdiham yola davam edib.

Yolboyu 100-lərlə insan dəfn karvanına qoşulub. Yol kənarına çıxmış qadınlar ağlayaraq öz ehtiramlarını göstəriblər.

20160819_102135

Polis şəhərin mərkəzi yolunu bağlayaraq izdiamın normal hərəkətini təmin etmişdi. Mərasim yürüşünün önündə Azərbaycan və rus dillərində “Qardaşlardan xatirə” yazılmış böyük əklil aparılıb. Öndə gedən maşından isə yolboyu küçəyə qırmızı qərənfillər səpilib. 

Hüzr mərasiminə kriminal aləmin nümayəndələri ilə yanaşı, Lənkəran Rayon İcra Hakimiyyətinin rəsmiləri də qatılıblar. 

Hüzr mərasimindəki qələbəlik barədə danışan rayon sakinləri deyirbilər ki, Lənkəranda bu cür izdiham adətən Məhərrəmlik  zamanı müşahidə olunur.

Rövşən Lənkəranski (Canıyev) Kiçik Bazar qəbiristanlığında, atasının yanında torpağa tapşırılıb.

 

20160819_102433

 

20160819_102823

20160819_103520

20160819_103036

 

20160819_105214

20160819_105002

 

20160819_114828