XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 August 2016 - 13:55

Türkiyədə daha bir general həbs edildi –FETÖ əməliyyatı

Turkish 76

Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin ədliyyə məsələləri üzrə müşaviri general-mayor Dinçer Ural həbs edilib.

O, Fətullahçı terror təşkilatına (FETÖ) üzv olmaqda şübhəli bilinir.

İyulun 15-də FETÖ-nün dövlət çevirlişinə cəhdindən sonra Dinçer Ural Baş Qərargah rəisinin ədliyyə məsələləri üzrə müşaviri polkovnik Muharrem Köşenin yerinə təyin olunmuşdu.

D.Urala general-mayor rütbəsi verildikdən sonra iyulun 28-dən vəzifəsinin icrasına başlayıb. Muharrem Köşe isə iyulun 15-dən sonra FETÖ ilə əlaqədə şübhəli bilinərək tutulub.

Virtualaz.org