XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Avqust 2016 - 15:15

Ali məktəb və kolleclərdəki boş yerlərə qəbulun nəticəsi açıqlandı –TQDK

tqdk

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olunub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı TQDK-nın internet saytından və iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı “Abituriyent” jurnalının 9-cu sayında, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent” jurnalının 10-cu sayında dərc olunacaq.