XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 July 2015 - 04:52

ABŞ üçün savaşan 50 min əsgər küçədə yatır

Həyata keçirilən yaxşılaşdırma və yardım proqramına baxmayararq, ABŞ küçələrində evsizlərin sayı kritik həddə çatıb. Beynəlxalq hərbi əməliyyatlarda iştirak edən qazilərlə bərabər, evsiz uşaqların da sayı narahatlıq doğuracaq həddədir.

Dünya miqyasında bir çox regional problemlərin həllinin bəzi ölkələrin maraqları yönündə istiqamətləndirilməsi səbəbindən, yurd-yuvasından olanlar hesabına çadır şəhərciklərinin sayını artırdığı bir vaxtda, ABŞ daxilində kapitalist sistemlə ayaqlaşa bilməyənlərin sayının çoxalması, burada çadır şəhərciklərinin artmasına meydan açır.

ABŞ rəsmi dairələrinin verdiyi son açıqlamada sənayeləşən dünyada ən çox evsiz qadın və uşağın ABŞ-da olduğunu və onların sayının artdığını bildirmiş, bu kimi insanların və aylıq gəliri aşağı olanların yaşam səviyyəsini yüksəltmək üçün araşdırmaya başladığını ifadə etmişdir.

Evsizlik və Yoxsulluq üzrə Xalq Hüquq Mərkəzinin açıqlamasına görə, ölkədə 3 milyon civarında evsiz var ki, bunların da 1 milyon 350 mini uşaqlardı.

Evsizlər arasında Harvard məzunları var

Nyu Yorkun Manhattan bölgəsində Boveri küçəsində 1879-cu ildə qurulan “Bovari Missiya” yönəticilərindən Julian Padaraz, türkiyəli müxbirə verdiyi açıqlamasında qəbul etdikləri və yerləşdirdikləri evsizlər arasında Harvard Universitetinin məzunlarının və professorların olduğunu bildirmişdir.

Türklər yardım edir

“Bovari Missiya”nın bölümləri ilə tanışlıq zamanı, Padaraz sığınacaqdakı bir günlük yaşam haqqında bilgi vermişdir. Padaraz ABŞ-da yaşayan türklərin onlara yardım edənlər sırasında olduğunu bildirib. O, ABŞ-da yaşayan ünlü türklərin- iş adamı Həmdi Qaya və Hakkı Ağdənizin sığınacaqda yaşayan insanlara sıx-sıx yardım etdiyini söyləyib.

Nyu Yorkda 67 min evsiz var

ABŞ-da evsizlərin 67 min nəfəri Nyu Yorkda yaşayır. Bunların 22 mini uşaqlardı.

Burada 1990-cı illərdə sığınacaqlarda yaşayanların sayı 20 min, 2000-ci illərdə isə 30 min idi. 2015-ci ildə isə bu rəqəm 60 minə yüksəlib. Sığınacaqlarda yaşayanların 57 faizini amerikalı qaradərililər, 31 fazini latın kökənlilər, 8 faizini isə Amerikanın ağdərililəri təşkil edir.

Sığınacaqlarda yaşayan insanlar zibil qutusuna atılan yemək artıqları və ayrı-ayrı insanların yardımıyla yaşayırlar.

ABŞ-ın çadır şəhərcikləri

ABŞ-da evsizlər əsasən sığınacaqlarda, küçə kənarlarında, körpülərin altında, gecələr bağlanmayan parklarda, metro stansiyalarında, vaqonlarda, şəhər kənarındakı ağaclıqda və meşədə qurduqları çadırlarda qapalı həyat sürürlər.

Vaşinqton, Miçiqan, Kaliforniya, Florida, Oregon kimi ümumilikdə 60 şəhərdə 100-ə yaxın çadır şəhərciyi var. Bunların bir çoxu hüquqi izn almadan qurulduğu üçün ciddi su, işıq və digər bu kimi problemlər yaşayır.

Nyu Yorkun Leykvuud bölgəsində ağaclıq sahədə yerləşən çadırlarda yaşayanlar, yerli idarəetməyə qarşı mübarizə aparırlar. Nyu Cersey əyalətinə bağlı olan Kamdendə də evsizlər yerli idarəçilərlə problemlər yaşamaqdadırlar.

Bir çox çadır şəhərciyində, evsizlər yerli qaydalara əməl etmək məcburiyyətində olduğu halda, bəzi yerlərdə qurduqları çadırlara görə ödəniş edirlər. Evsizlərin və yoxsulların haqqını müdafiə edən qeyri-hökumət təşkilatlarının dediyinə görə yüzdən artıq çadır şəhərciyinin bir çoxunun qanuni izni olmadığı üçün yerli idarəçilərlə və güvənlik gücləri ilə problem yaşayırlar.

BMT ABŞ-ı xəbərdar etdi

İnsanların qalacaq yer və sosial güvənliyi haqqında bəyannaməyə imza atan ABŞ, bu problemin davamlı olması səbəbi ilə çıxılmaz duruma düşüb. BMT-nin Cəza komitəsi son hesabatlarının birində ABŞ-ı bu mövzuya daha diqqətlə yanaşmağa və problemin həlli istiqamətində daha operativ addımlar atmağa səslədi.

Obamanın planı

ABŞ-ın dövlət başçısı Obama 2010-cu ildə, 2020-ci ilə qədər evsizlik problemini minimuma endirmək üçün plan açıqladı. Planda istefada olan hərbçilərin evsizlik probleminin həll olunmasına xüsusi diqqət ayrılmışdı. Evsizlik probleminin həll olunması istiqamətində işlərin görülməsi üçün ABŞ 2015-ci ildə dövlət büdcəsindən 4 milyard 500 milyon vəsait ayırıb.

İraq və Əfqanıstanda savaşan 50 min evsiz əsgər var

ABŞ-ın Yaşayış və Şəhər İnkişaf Nazirliyinin məlumatına görə 2014-cü ildə burada 50 minə yaxın insan ilini evsiz olaraq başa vurdu. 2010-cu ildən bəri evsiz qazilərin sayı 25 faiz artıb. Bu sahədə ən böyük artım Virciniya əyalətində olub.

İraq və Əfqanıstandakı əməliyyatlara qatılaraq travma sonrası stres yaşayan əsgərlərin sayı, əvvəllər savaşlara qatılanlarla müqayisədə daha çoxdur.

Bu arada dövlətin əsgəri yardım işini yönətən 90 milyard dollarlıq büdcəsi və 280 minə yaxın işçisi ilə ABŞ-ın 4-cü böyük nazirliyi olan ABŞ Qazi İşləri Nazirliyi (Department of Veterans Affairs) hazırda bu problemin çözülməsi istiqamətində ciddi iş aparır. Bu nazirliyin ən son açıqlamasına görə ABŞ-da 60 minə yaxın təqaüddə olan hərbçi yanlış planlama və yubatmalar səbəbindən xəstəxanalara düşməli olurlar.

Xeyriyyəçi amerikalıların evsizlərin durumunu yaxşılaşdırmaq üçün qatıldığı xeyriyyə tədbirlərinə və Qazi İşlər Nazirliyinin ardıcıl olaraq həyata keçirdiyi planlara baxmayaraq bu problem çözülməz olaraq qalır.

ABŞ-ın Kaliforniya əyalətində evsiz qazilər üçün illərdi ki, xeyriyyə tədbirləri həyata keçirilməkdədir. Xeyriyyəçilər burada evsiz qazilər üçün qurulan çadırlarda duş, tualet, təmiz geyimlə təmin olunması, sağlıq durumunun yaxşılaşdırılması istiqamətində çalışır və onların ev sahibi olması üçün tədbirlər görürlər. Bu il 23-cü xeyriyyə tədbiri keçirildi. Bu tədbir ilk dəfə atası 2-ci dünya savaşında ölən, həyat yoldaşı 2-ci dünya savaşına və Koreya savaşına qatılan, oğlu Kötfəz savaşında iştirak edən Klare Hope tərəfindən həyata keçirilməyə başladı.

Evsizlərə yemək vermək suçdur

ABŞ-da bəzi yerlərdə evsizlərə yemək vermək suç olaraq qiymətləndirilir. Bu yaxınlarda Floridada evsizlərə qida yardımı etdiyi üçün 90 yaşlı bir adam “evsizlərə yemək vermə” suçu ilə nəzarətə götürüldü.

İsti olduğu üçün Kaliforniyanın San Dieqo bölgəsində bələdiyyə məclisi bilet alıb onları gəldikləri yerə geri qaytarmağı planlaşdırır. Arizonanın Foeniks və Utah kimi bəzi bölgələrində evsizlərə qarşı insani davranaraq “öncə oturma izni” kampaniyasına başlayaraq, ABŞ-ın digər bölgələri üçün nümunə olacaq bir tədbir həyata keçirmişdi.

ABŞ-da evsizlərin problemlərini həll etməyə çalışan yüzlərlə qurumun mövcud olmasına baxmayaraq, iqtisadi system və siyasi qərarlar səbəbindən evsizlik problem hələ də kritik vəziyyətdədir. Bu problemin çözümü isə hazırkı şəraitdə mümkünsüz görünür.

Dunyabulteni.net

Tərcümə etdi: Namiq Hacıheydərli