NATO-nun İncirlik hərbi bazasındakı nüvə silahlarının taleyi ilə bağlı müzakirələr bitmək bilmir. Bir sıra media və düşüncə quruluşlarının gündəmə gətirdikləri müzakirələrə artıq hərbi mütəxəssislər də qoşulublar.
Strateq.az xəbər verir ki, müzakirələrə qoşulan ekspertlərdən biri də ABŞ Konqresi Araşdırma Xidmətinin nüvə təhlükəsizliyü üzrə mütəxəssisi Ami Vulfdur.
Ekspert İncirlik hava bazasındakı nüvə silahlarının kiçik görüləcək səviyyədə olmadığını bildirib. Onun sözlərinə inansaq, NATO-nun ümumi nüvə potensialının 4/1-indən çoxu İncirlik hərbi bazasında saxlanılır.
ABŞ media orqanlarına açıqlama verən Ami Vulfun fikrincə, Türkiyədəki nüvə arsenalı Avropa qitəsindəki bombaların çox böyük hissəsini təşkil edir. O, həmçinin, deyib: "Bu silahların əhəmiyyəti yalnız çəkindirmə gücündə deyil, həm də NATO üzvlərini də bir-birinə bağılayan xarakterindədir”.
Bombaların yeraltı anbarlarda saxlanıldığını bildirən mütəxəssis onların yanlız Türkiyəni deyil, bütövlükdə NATO ölkələrini qoruduğunu da xatırladıb.