XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 August 2016 - 20:37

Qazaxıstan Gülənçilərdən “təmizlənmə” əməliyyatına hazırlaşır:Prosesə bir aydan sonra start veriləcək

 

kazak

Türkiyədə FETÖ-yə qarşı başlayan mübarizə tədricən post-sovet məkanına da sıçrayır. “FETÖ-çülərdən təmizlənmək” əməliyyatının əsas nöqtələrindən biri də Qazaxıstandır. Bu ölkədə Gülənçilərin yaratdığı Qazax-Türk Təhsil Vəqfinə (KATEV) bağlı məktəblərin bir ay içərisində yoxlanacağı gözlənilir.

Strateq.az xəbər verir ki, məlumatı Qazaxıstan Təhsil və Elm Nazirliyi də təsdiqləyib. Nazirliyin bu gün yaydığı yazılı açıqlamada əlaqədar təşkilat nümayəndələrindən ibarət işçi qrupunun yaradıldığı və onun KATEV-ə bağlı məktəblərdə araşdırma aparcağı bildirilib.

Açıqlamada xəbər verilir ki, iş qrupu 30 gün ərzində həmin məktəblərin yerli təhsil qanununa uyğunluğunu, fəaliyyətlərini və təşkilatlara verilən lisenziya şərtlərinə əməl edib-etmədiklərini yoxlayacaq.

Xatırlayırsınızsa, 15 iyul hadisəsindən sonra Türkiyəyə səfər edən Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ankarada həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi  mətbuat konfransında qardaş ölkənin əleyhinə fəaliyyətləri dəstəkləməyəcəyinə söz vermiş, ölkəsində FETÖ-nün uzantısını araşdırmaq üçün ortaq komissiya yaradılacağını və KATEV-ə bağlı məktəblərə nəzarət ediləcəyini söyləmişdi. Bununla belə, Nursultan Nazarbayev Qazaxıstandakı Gülən məktəblərinin müəllim heyətinin 90%-nin yerli təhsil işçiləri olduğunu və 4 dildə təhsil verdiklərini, ümumi tədris proqramından kənara çıxmadıqlarını da vurğulamışdı. Onun bu sözləri Ərdoğanın israrlı tələblərinə rədd cavabı kimi qiymətləndirilmişdi.

Qazaxıstan Təhsil və Elm Nazirliyinin son yazılı açıqlaması Nazarbayevin Ərdoğana verdiyi sözün yerinə yetirilməsinə işarədir. Sözsüz ki, Orta Asiyanın ən böyük dövlətinin FETÖ-yə qarşı nə qədər səmimi mübarizə aparıb-aparmayacağı bir aydan sonra bilinəcək.

Bu ölkədə Gülənə bağlı xeyli sayda məktəb var.