Türkiyənin Qaziantep şəhərində toy şənliyi zamanı "canlı bomba"nın törətdiyi terrorla bağlı prezident Ərdoğan açıqlama verib.
Strateq.az xəbər verir ki, o, Türkiyə üzərindən böyük oyun oynalıldığını vurğulayıb: "Ancaq belə qanlı terrorlarla nə daxili, nə də xarici güclər məqsədlərinə çatmayacaqlar! Belə alçaq oyunlara imkan verməyəcəyik! Heç kimsə bizim birlik və bərabərliyimizi poza bilməyəcək".
Prezident terrorun İŞİD tərəfindən törədildiyini ehtimal etdiklərini də sözlərinə əlavə edib.
Qeyd edək ki, Qaziantepdə hadisə yerində olan baş nazirin müavini Mehmet Şimşək də daxili və xarici düşmənlərə işarə vuraraq, kimsənin xalqın bərabərliyini poza bilməyəcəyini deyib.
Xatırladaq ki, baş verən terror nəticəsində ölənlərin sayı 50-yə çatıb, xeyli yaralı var. Ölənlərin çoxunun uşaq olduğu da bildirilir.