XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 August 2016 - 13:38

“Bir və bərabər olub, bunların da öhdəsindən gələcəyik” –Baş nazir və partiyalardan açıqlama

Binali875

Türkiyənin Qaziantep şəhərində toy şənliyi zamanı "canlı bomba"nın törətdiyi terrorla bağlı Baş nazir Binəli Yıldırımla yanaşı, ölkənin siyasi partiyaları da qınayıcı açıqlamalar yayıblar.

Strateq.az xəbər verir ki, Baş nazir açıqlamasında terroru lənətləyib və bu qanlı olayda həyatını itirənlərə başsağlığı verib.

O, millətə də çağırış edib. Bildirib ki, bu terrorla Türkiyədəki birlik və bərabərliyi pozmağa çalışırlar:

"Ancaq siz bunlara imkan verməmlisiniz. Millətimizə səbr diləyirəm. Onlar bir daha iç üzlərini göstərdilər. Millətimizi əmin edirəm ki, bunlar amaclarına yetişə bilməyəcəklər. Bir və bərabər olub, bunların da öhdəsindən gələcəyik".

Qeyd edək ki, bu gün CHP, MHP və kürdlərin partiyası sayılan HDP də qanlı terrorla bağlı bəyanat yayaraq, hadisəni lənətləyiblər.

Xatırladaq ki, Türkiyənin Qaziantep şəhərində törədilmiş terakt nəticəsində 50 nəfər ölüb, 90–a yaxın yaralı var.