XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

21 Avqust 2016 - 13:44

“Bu xəbərdən olduqca sarsıldım…” –İlham Əliyev Ərdoğana başsağlığı verdi

ilham qars erdoqan.jpg

Azərbaycan prezidenti İlham Əliyev Türkiyədə toy mərasimi zamanı törədilmiş dəhşətli partlayış nəticəsində qeydə alınan çoxsaylı insan tələfatı ilə əlaqədar türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

Strateq.az xəbər verir ki, Azərbaycan prezidenti məktubunda bu xəbərdən olduqca sarsıldığını bildirib.

"Hörmətli cənab prezident, əziz qardaşım, Qaziantep vilayətində toy mərasimi zamanı törədilmiş dəhşətli partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı.

Biz bu amansız terror əməlindən, ölkənizdə xaincəsinə törədilmiş digər terror aktlarından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib və zəruri hesab edirik.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!".