XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 August 2016 - 22:27

Tanınmış rus yazıçısından şok addım –Ukraynadan sığınacaq istədi

Ukrayna 7767

Ukrayna-Belarus sərhəddində Rusiyadan olan yazıçı və ictimai xadim siyasi sığınacaq üçün müraciət edib. 

Rusiya vətəndaşı bu istəyini “Novıe Yariloviçi” keçid məntəqəsində sərhəd yoxlamasından keçən zamanı açıqlayıb.

“O, Çerniqov sərhəd dəstəsinə Rusiyada təqib olunduğu üçün Ukrayna ərazisində qaçqın statusu almaqdan ötrü müraciət edib”, – məlumatda vurğulanır.

Ukrayna KİV-i yazır ki, rusiyalı tanınmış yazıçı və ictimai xadimdir. O, Rusiyada Putin siyasi rejiminə fəal etiraz edənlərdən biridir. Ancaq onun adı və soyadı, eləcə də digər məqzamlarla bağlı məlumat verilmir.

Onun Ukrayna Miqrasiya Xidmətinə verildiyi bildirilir.

Modern.az