XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

22 Avqust 2016 - 10:47

Medalçılarımıza nə qədər mükafat veriləcək? –Məbləğlər

Rio-acilish

Rio-2016 Yay Olimpiya Oyunları tarixə qovuşdu.

Dördilliyin zirvə yarışında 56 idmançıyla təmsil olunan idmançılarımız ümumilikdə 18 medal qazana bildilər ki, bunun da biri qızıl, yeddisi gümüş, onu isə bürünc idi.

Olimpiadadan öncə Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən qızıl medal qazanan idmançımız 400 min manat mükafat qazanacaq. İkinci yeri tutanlar 200 min, bürünc qazananlar isə 100 min manata sahib olacaqlar.

Strateq.az ölkə.az-a istinadən xəbər verir ki, medal qazanan idmançılarımız ümumilikdə 2.8 milyon manat mükafat alacaqlar. Belə ki, qızıl medalçımız Radik İsayev şəxsi büdcəsini 400 min, 7 gümüş mükafatçının hər biri 200 min (ümumilikdə 1.4 milyon manat), bürünc qazananlar isə hər biri 100 min manat (ümumilikdə 1 milyon manat) artıracaqlar.