XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

22 Avqust 2016 - 11:02

TQDK abituriyentlərə müraciət etdi –Xəbərdarlıq

tqdk

Azərbaycanın ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər avqustun 22-dən 31-dək, orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar isə avqustun 22-dən 30-dək  sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək. Buna görə də onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.