XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 August 2016 - 12:58

Rəşad Məciddən Gülənlə bağlı iddialara reaksiya:"Hə, mən o kitaba ön söz yazdım"

resad-mecid

“525-ci” qəzetin baş redaktoru Rəşad Məcidin adı Gülən hərəkatının lideri Fətullah Gülənə simpatiya bəsləməkdə hallanır.

Hətta mediada baş redaktorun Gülənin Azərbaycanda çap olunan kitabına ön söz yazması barədə fakt ortaya çıxıb. 

Strateq.az xəbər verir ki, Gununsesi.info-ya açıqlamasında isə Rəşad Məcid bu barədə deyilənləri təsdiq edib:

”Bir neçə il bundan öncə mənə “Milliyyət” qəzetinin müxbirinin Fətullah Gülənlə bağlı bir kitabı verildi və mən də ona ön söz yazdım. Orada da normal fikirlər idi. Bu kitab Türkiyədə də çap olundu və məhşur kitab idi. Orada hər hansı milli, dini, irqi ayrıseçkiliyi təbliğ edən fikirlər olmayıb”.