XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 July 2015 - 16:11

Con Kerri İranı haqlı çıxaracaqlarından narahatdır

İranla bağlanan “nüvə sazişi” Amerikanın baş ağrısına çevrilib. Sazişi “təslimiyyət aktı” kimi qiymətləndirən respublikaçı konqresmenlər onu təsdiqləmək istəmirlər. Vəziyyət o həddə çatıb ki, ABŞ prezidenti Barak Obama konqresmenlər bu addımı atarsa, özünün də veto hüququndan istifadə edəcəyini bildirmişdi.

Strateq.az xəbər verir ki, dövlət katibi Con Kerri də Obamanı müdafiə etmək məcburiyyətində qalıb. Konqresmenlərin mövqeyini bəyənməyən dövlət katibi saziş imzalanmayacağı halda, İranın istədiyini edə biləcəyini deyib. Onun fikrincə, əsl qorxulası hadisə saziş deyil, onun bağlanmaması olmalıydı:

“Əgər Konqres müqaviləni qəbul etməsə, bir növ, onu “qətlə yetirərsə” İranın nüvə obyektləri nəzarətdən kənarda qalacaq, sanksiyalar tədbiq olunmayacaq, bu məsələ hətta, müzakirə belə edilə bilməyəcək. Konqres kefi istədiyi kimi və birtərəfli qaydada müqavilədən imtina edərsə, başqa bir müzakirə də olmayacaq. Sonra İran özünü sərbəst hiss edəcək və sazişlə qarşısı alınanları həyata keçirəcək”.

Qeyd edək ki, Strateq.az saytı da bir müddət əvvəl eyni təhlükədən bəhs etmiş və İranın bu sazişə imza atmaqla taktiki oyun oynadığını irəli sürmüşdü. Kerrini də narahat edən ehtimalın nədən ibarət olduğunu bilmək üçün aşağıdakı linkə nəzər sala bilərsiniz:

İranın hiyləgər “nüvə manevri”: Oyunu birinci kim pozacaq? – Təhlil