"Avropa Birliyinin vahid ordusu yaradılmalıdır".
Bunu Çexiyanın xarici ölkələrdəki səfirləri qarşısında çıxışı zamanı Baş nazir Boquslav Sobotka söyləyib.
Baş nazirin sözlərinə görə, bu ordunun yaradılması Alyansın xarici sərhədlərinin qorunmasına kömək edəcək: “Müasir dövrdə biz bu ordu olmadan hərəkət edə bilmərik. Payızda bununla bağlı lazımı addımlar gözləyirik”.
Axar.az