"Son dörd ildə Gürcüstanda inkişaf müşahidə edilmir".
Bu sözləri öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs paylaşıb.
O deyib ki, Gürcüstan hakimiyyətinin müəyyən edilə bilməyən oriyentasiyası ölkənin milli maraqlarına çox zaman cavab vermir:
“Artıq hakimiyyəti demokratik yolla dəyişmək zamanı gəlib. Bununla Gürcüstanı inkişaf yoluna döndərib, Avroatlantikaya inteqrasiya çərçivəsində stabil inkişafını təmin etmək olar. Biz daha güclü və bütöv Gürcüstan üçün çalışacağıq”.
Axar.az