XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 August 2016 - 13:52

İran Müdafiə naziri:“Rusiya çox nalayiq hərəkət etdi”

hemedannn

“Həmədan hərbi bazasının rus təyyarələrinin istifadəsinə verilməsi gizli qalmalı idi, ancaq Moskvanın bu şərtə uymadı”.

Strateq.az xəbər verir ki, bunu İran Müdafiə Naziri Hüseyn Dehgan bildirib.

İran dövlət televiziyasında canlı proqrama qatılan nazir sirrin üstünü açan Rusiyanı “kimlərəsə özünügöstərməkdə” günahlandırıb və bu hərəkəti "nalayiq" adlandırıb.

Hərbi bazanı Rusiyaya verməkdilərini, Moskvanın, sadəcə, məhdud bir müddət üçün ondan istifadə edəcəyini deyən Dehgan bu müddətin də Suriyadakı vəziyyətə görə formalaşacağını bildirib.

Ölkənin qərbindəki Həmədan “Şəhid Nuje” hərbi bazası ötən həftə Suriyaya hava hücumları təşkil edən Rusiyaya aid bombardman təyyarələrinin istifadəsinə verilmişdi. Bunu rəsmən açıqlayan Rusiyaya İranın bu şəkildə sərt cavab verməsi isə səbəbsiz deyil. Nədən ki, 1979-cu ildə baş verən İslam İnqilabından sonra qəbul olunan İran konstitusiyasına görə, bu ölkənin ərazisindən başqa dövlətlər hərbi məqsədlə istifadə edə bilməzlər. Qurulduğu tarixdən bu günə qədər həqiqətən də İran heç bir ölkəyə bu fürsəti verməyib. Rəsmi Tehranın ilk təşəbbüsü isə rusların “hülqumsuzluğu” nəticəsində ifşa olunub.

İranın bəzi millət vəkilləri də bu məlumata istinad edərək, konstitusiyanın pozulması ilə bağlı etirazlarını parlament rəhbəri Əli Laricaniyə çatdırıblar. Laricani də öz növbəsində üzə çıxan qanunsuzluq faktını ört-basdır etməyə çalışıb, mətbuata açıqlamasında İranın Rusiyaya hərbi baza verdiyi barədə xəbərlərin doğru olmadığını bildirib: "İran müttəfiq olaraq Rusiyayla Suriya kimi regional məsələlərdə əməkdaşlıq edir. Bu əməkdaşlıq Rusiyaya hərbi baza verdiyimiz mənasına gəlmir. İran, Rusiyaya və ya hər hansı bir başqa ölkəyə hərbi baza verməyib”-Larincani belə deyib.

İran parlamenti Xarici Siyasət və Milli Təhlükəsizlik Komissiyasının sədri Ələddin Burucerdi də Rusiyaya aid döyüş təyyarələrinin ölkənin qərbindəki hava bazasından yalnız yanacaq məqsədiylə istifadə etdiyi bildirib.