XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 July 2015 - 20:12

“Bu xəbər məni son dərəcə sarsıtdı…” – İlham Əliyev
Prezident İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Strateq.az həmin başsağlığı məktubunu təqdim edir:
“Şanlıurfa vilayətinin Suruç rayonunda törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!”