XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

20 İyul 2015 - 22:18

Ərdoğandan savaş açıqlaması: “Artıq vaxt çatıb!”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfa vilayətinin Suruç rayonunda baş vermiş terror aktı ilə bağlı açıqlama verib.

ANS PRESS-in məlumatına görə, Ərdoğan artıq hərəkətə keçməyin vaxtının çatdığını bəyan edib: “Terrorun dini, irqi, vətəni yoxdur. Terrora qarşı beynəlxalq işbirliyi çərçivəsində mübarizə aparmağın vacib olduğu göz önündədir. Bunu illərdir ki, deyirik. Amma deməklə kifayətlənməyib artıq hərəkətə keçərək iş görməyin vaxtı çatdığını xüsusilə vurğulamaq istəyirəm”.

Türkiyə mətbuatında iddia edilir ki, Ərdoğan bu açıqlamanı verməklə İŞİD və PKK-ya qarşı ordudan istifadə edəcəyinə işarə edib.

Şanlıurfadakı terror aktı ilə bağlı Türkiyə baş naziri Əhməd Davudoğlu da açıqlama verib. O bildirib ki, Suruç rayonundakı terror aktı İŞİD terrorçu qruplaşmasının üzvü tərəfindən həyata keçirilib.