BTC-5M dartıcı qurğusu
Ukraynanın silah ixarcı ilə bağlı statistika açıqlanıb. Ukraynanın İxraca nəzarət üzrə Dövlət Xidmətinin məlumatına görə, 2013-cü ildə
Azərbaycana 11 çoxməqsdli BTC-5M dartıcı qurğu satılıb. Bundan əlavə Azərbaycan Ukraynadan 4 ədəd tapnaça alıb.
Ukrayananın silah ixracı ilə bağlı analitik məqalə ilə çıxış edən Rusiyanın Hərbi-Sənaye Kuryeri nəşri qeyd edir ki, 2000-ci illərdən başlayaraq Ukrayna silah-sursat ixracına görə, mütəmadi olaraq ən çox silah satan 10 ölkədən biri olub. 2012-ci ildə isə 4-cü yeri tutub. Bu nəticələr sovet istehsalı olan hərbi texnika və silahların satılması, onlara texniki xidmət göstərilməsi, ehtiyat hissələri ilə təchizata görə mümkün olub. Ukrayna daha çox inkişaf etməkdə olan ölkələrlə bu sahədə əməkdaşlıq edib və Afrika ölkələrində çinlə belə rəqabət aparıb.
Ukraynada Yanukoviç hakimiyyəti devrildikdən sonra Kiyev silah ixracının çoğrafiyasını genişləndirməyə və region ölkələrini də öz silahlarının alıcısına çevriməyə çalışır. Bu məqsədlə islahatlar aparılıb, «Ukrobornprom» şirkətinin işi yenidən qurulub.
Strateq.az