XƏBƏR LENTİ

28 May 2020

Digər Xəbərlər

23 Avqust 2016 - 12:38

Elnur Aslanov ölkədən çıxıb? –Onun Harvarda oxumağa gedəcəyi xəbəri yayılıb

elnur-aslanov-5

Vaxtilə adı Gülən camaatı ilə əlaqədə hallanan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri Elnur Aslanov ölkədən gedib.

Bu haqda məlumatı Axar.az saytı yayıb.

Saytın bildirdiyinə görə, E.Aslanov məzuniyyətə çıxıb və məzuniyyətdən sonra vəzifəsinə geri qayıtmayacaq.  

Nazirliyin Elektron İdarəçiliyin İnkişafı şöbəsi də faktı təsdiqləyib: “Elnur Aslanov bir həftə əvvəl öz istəyi ilə məzuniyyətə çıxıb. Məzuniyyət dövrünün nə qədər davam edəcəyi və onun ölkədə olub-olmadığını bilmirik. Ola bilsin ki, sentyabrda işə qayıtsın, ola bilsin ki, məzuniyyət müddəti uzansın. Bu barədə dəqiq məlumatımız yoxdur”.

Strateq.az bir başqa mənbədən məlumatı dəqiqləşdirməyə çalışarkən, bildirilirb ki, Elnur Aslanov bir müddət əvvəl yaxın dostlarına təhsil dərəcəsini yüksəltmək fikrində olduğunu və bu məqsədlə Harvard Universitetinə oxumağa gedəcəyini söyləyibmiş: "Ola bilsin ki, maraqlı tərəflər qəsdən bu arada onun adını Gülən camaatı ilə bağlılıqda hallandırırlar ki, diqqətə gəlsin. Əgər ölkədən getməyi doğrudursa, məncə, bu, sırf təhsil məqsədiylədir. O, Harvardda oxumaq istəyirdi".

Qeyd edək ki, E.Aslanov 19 dekabr 2007-ci ildə Prezident Administrasiyasının Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri təyin edilib. Adı Gülən camaatna xidmətdə hallanan E.Aslanov 17 mart 2014-cü ildə vəzifəsindən azad edilib. O, Milli Məclisin keçmiş deputatı Rəbiyyət Aslanovanın oğludur.