XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

23 Avqust 2016 - 23:54

“FED yaxın 2 ayda faiz dərəcəsini artıracaq, dollar 1.95 manat olacaq” –Həbsdəki iqtisadçıdan proqnoz

natiq-c-1

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunaraq, həbs edilən tanınmış iqtisadçı Natiq Cəfərlinin vəkili Cavad Cavadov bu gün onunla həbsxanada görüşüb.

Strateq.az xəbər verir ki, görüş barədə açıqlama verən vəkil, eyni zamanda, iqtisadçının manatı gözləyən təhlükə barədə proqnozunu bölüşüb.

Vəkilin "Feysbuk"dakı statusunu olduğu kimi təqdim edirik: 

"Bu gün Natiq Cəfərli ilə görüşdüm, yaxşıdı, hamıya salamları var. Aşağıdakı mesajı sizin diqqətinizə çatdırmağı xahiş etdi:

"Kürdəxanıdan da manatın taleyini ürək ağrısı və təssüf hissi ilə izləyirəm. Bu sahədə təcrübə və biliklərə malik olan şəxs kimi  deyə bilərəm ki, yaxın həftələrdə manata olan təzyiqlər ciddi artacaq: 

1. Ölkədə 1, 4 milyon şagird və tələbə yeni dərs ilinə hazırlaşır. Azərbaycanda qələm, pozan, dəftərdən tutmuş geyimə qədər, bütün ləvazimatlar xaricdən gətirilir və yerli istehsal yoxdur. Buna görə dollara tələbat kəskin hiss edilməyə davam edəcək; 

2. FED yaxın 2 ayda faiz dərəcəsini 1% artıracaq.

Bu və neftin qiymətinin qalxma ehtimalının olmaması (hətta sentyabrdan ABŞ və digər ölkələrdə neftayırma zavodlarının cari təmirə dayanmaları neft ehtiyatlarını daha da artıracaq), manata  kəskin təzyiqlər nəticəsində məzənnəni yaxın vaxtlarda 1, 65 edəcək, növbəti hədəf 1,95 olacaq".