Obama hakimiyyətinin ikinci adamı Co Bayden bu dəqiqələrdə Türkiyəyə gəlib.
Strateq.az xəbər verir ki, böyük təhlükəsizilik tədbirlərinin görüldüyü Ankaradakı "Əsənboğa" hava limanına enən Baydeni ABŞ-dan gələn təhlükəsizilik qüvvələri qoruyur. Hətta təhlükəsizlik məqsədiylə Türkiyəyə bomba axtarışı üzrə xüsusi itlər də gətirilib.
Baydeni hava limanında Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç və ABŞ-ın Türkiyədəki səfiri Con Bass qarşılayıblar.
Türkiyə mətbuatı xəbər verir ki, o, amerikalıların "Canavar" adlandırdığı iki eyni zirehli maşının da daxil olduğu komvoyla əvvəlcə Türkiyə Böyük Millət Məclisinə gedəcək. Bayden bu gün Binəli Yıldırım və Ərdoğanla da görüşəcək.