XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

21 İyul 2015 - 13:27

Türkiyədə koalisiya hökuməti üçün əhəmiyyətli addım – CHP-AKP yaxınlaşır

chp_akp.jpg

Türkiyədə koalisiya hökumətinin qurulması yolunda ilk əhəmiyyətli addım atılıb. Bu gün AKP ilə CHP arasında koalisiya hökumətinin qurulması ilə bağlı birinci ilkin müzakirə baş tutub. Mədəniyyət və turizm naziri ömer çelikin rəhbərlik etdiyi AKP nümayəndə heyəti Haluk Koçun başçılıq etdiyi CHP təmsilçiləri ilə nazirlikdə bir araya gəliblər. Müzakirələr 1 saat 40 dəqiqə davam edib.

Cümə axşamı danışıqların CHP qərargahında davam etdirilməsi qərara alınıb.

Müzakirələrlə bağlı açıqlama verən O.çelik danışıqları müsbət qiymətləndirib və koalisya hökumətinin tərkibi ilə bağlı fikri mübadiləsi apardıqlarını bildirib. Onun sözlərinə görə, bu danışıqlardan sonra hər iki partiyada rəhbərlik səviyyəsində müzakirələr aparılacaq və cümə axşamı danışıqlar davam etdiriləcək.

O. çelik bildirib ki, partiya sədrlərinin görüşmələrindən əvvəl gələcək hökumətin tərkibi, hər iki tərəfin konkret məsələlərlə bağlı mövqeyini dəqiqləşdirmək lazımdır. Onun sözlərinə görə, ilk öncə siyasi məsələlər, ardından isə iqtisadi məsələlər müzakirə olunacaq.

Bununla belə, AKP təmsilçisi bildirib ki, bu yalnız ilkin müzakirələrdir. Partiyaların rəhbərliyi səviyyəsində danışıqların davam etdirilib-etdirilməyəcəyini isə indidən söyləmək tezdir.

Strateq.az