XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

21 İyul 2015 - 13:53

İran sanksiyalardan necə qurtulacaq? – BMT-nin şərtləri

sanksiya_iran.png

Dünən qəbul olunan BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) İrana qarşı sanksiyaların ləğv olunmasını nəzərdə tutan qətnaməsinin detalları məlum olub.

Bu qətnamənin icrası və İrana qarşı sanksiyaların ləğvi üçün ən əhəmiyyətli sənəd Beynəlxalq Atom Enerjisi üzrə Agentliyin (MAQATE) hesabatı olacaq. Bu hesabat İranın Qərb ölkələri il 14 iyulda imzaladığı nüvə anlaşmasının şərtlərinə hansı səviyyədə əməl etməsinin ilkin sübutu olacaq.

Əgər İran nəzərdə tutulduğu qaydada şərtləri yerinə yetirərsə BMT TŞ tərəfindən bundan əvvəl Tehrana qarşı qəbul olunmuş 7 qətnaməsi ləğv ediləcək.

Bununla yanaşı İrana qarşı yeni güzəştlər tələb olunacaq və sanksiyalar rejimi yumşalacaq. İran hərbi texniki və texnologiyalar satın ala biləcək. Tehrana Fordo texnoloji mərkəzinun yenidən qurulması üçün yardım göstəriləcək.

İran.ru saytının məlumatına görə, 10 il ərzində İrana qarşı bütün sanksiyalar ləğv ediləcək. Həmçinin “nüvə silahının yayılmaması ilə bağlı” maddə BMT TŞ-nin sualları sırasından çıxarılacaq.

Strateq.az