Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ı Nüsrə Cəbhəsi ilə əməliyyatlarda əsaslı addımlar atmağa çağırıb.
Nazirlik yaydığı açıqlamada ABŞ-ı Nüsrə ilə “eşqbazlıq etmək”də ittiham edib və bunun ağır nəticələr doğuracağını bildirib.
“Nüsrə ilə eşqbazlıq etmək yeni bir terror canavarının yaranmasına səbəb ola bilər. Biz ABŞ-ın Suriyada yürütdüyü siyasətin əsassız və məntiqsiz olduğunu düşünürük”, – nazirlik açıqlamasında qeyd edib(Axar.az).