Ukrayna xalqın, təxminən, yarısı sülhün yenidən bərqərar olması xətrinə Rusiyaya güzəştə getməyə razıdır. Xarici mətbu orqanlara istinad edən Strateq.az bildirir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi rəy sorğusunun nəticələrindən belə çıxır.
Məlumata görə, “Ukraynada ictimai-siyasi vəziyyət: İyul 2015” adlı sorğunda iştirak edən respondentlərin 47,7%-i ruscanın ikinci rəsmi dili olmasıyla yanaşı, bir çox güzəştlərə gedilməsini qəbul edir.
Yaşı 18-dən yuxarı olan ukraynalılar arasında keçirilən sorğuda respondentlərin ümumi rəyi Qərblə müqayisədə Rusiyanın xeyrinə olub. Rəyi soruşulanların 47,7%-i ruscanin rəsmi dövlət dili olmasını, 40,7%-i NATO-ya qoşulmaqdan imtina edilməsini, 33,9%-i isə Avropa Birliyi üzvlüyündən ayrılmağı dəstəkləyib.
“Krım Ukraynadan ayrılsın” deyənlər 33,3%, şərq bölgələrinə muxtariyyət verilməsini istəyənlər isə 26,4% olub. Şərq və Cənub bölgələrinin Rusiyaya verilməsinə normal baxanlar isə xeyli azdır – cəmi 5.6%.
Ukraynanın bütün bölgələrini əhatə edən sorğu 110 müxtəlif məkanda yaşayan 2044 vətəndaş arasında keçirilib. Luqansk və Donetsk bölgələrində isə yalnız Ukrayna təhlükəsizlik xidmətinin nəzarətindəki ərazilərdə yaşayanların rəyi soruşulub.
Ukrayna parlamenti ruscanı ikinci rəsmi dili kimi qəbul edən qanunu ötən il fevral ayının sonunda sabiq prezident Viktor Yanukoviçin devrilməsindən dərhal sonra ləğv etmişdi.
Statistik məlumatlara görə, Ukrayna vətəndaşlarının 40%-dən çoxu gündəlik həyatlarında rus dilindən istifadə edir.
Strateq.az