“Suriya qayğanaq olmuş yumurtaya bənzəyir. Onun torpaq bütövlüyünü bərpa etmək qayğanağı yenidən yumurtaya çevirmək qədər imkansızdır”.
Strateq.az-ın verdiyi məlumata görə, bu sözləri İsrailin Müdafiə naziri Moşe Yalon bildirib. öz Amerikalı məsləkdaşı Eşton Karterlə görüşən Moşe daha sonra keçirdiyi mətbuat konfransında çıxış edərkən Suriyanın indidən bir neçə yerə bölündüyünü iddia edib: “Durzilər ölkənin cənubunda yarı-müstəqil haldadırlar, kürdlər şimalda. Suriyanın şərqi isə İŞİD-in əlindədir. Gələcəkdə bu məmləkətdə nə olacağını bilmirəm. Bunu təxmin etmək çox çətindir. Bununla belə, xroniki sabitsizlik Suriyanı uzun müddət parçalayan faktor olacaq.”