XƏBƏR LENTİ

28 May 2020

Digər Xəbərlər

24 Avqust 2016 - 15:40

ABŞ:“Türkiyəni havadan dəstəkləyəcəyik”

 

Suriya

“Türkiyənin Cerablus əməliyyatına havadan dəstək verəcəyik”.

Strateq.az xəbər verir ki, bunu ABŞ-ın adı açıqlanmayan yüksəksəlahiyyətli rəsmisi bildirib.

Yetkilinin “Reuters” agentliyinə açıqlamasına görə, ABŞ son əməliyyatda Türkiyə ilə koordinasiya halında olacaq.

Qeyd edək ki, Türkiyə bu gün Suriyanın şimalında “Fərat qalxanı” adlı hərbi əməliyyatlara başlayıb. Əməliyyatın ABŞ vitse-prezidenti Co Baydenin Türkiyə səfəri zamanına təsadüf etməsi müxtəlif versiyalar səbəb olub. Ekspertlərin fikrincə, türk hökuməti bu addımla ABŞ-ı fakt qarşısında qoyub güzəşt tələb edir. ABŞ-ın yüksək səviyyəli yetkilisi adından verilən son açıqlama isə Türkiyənin istədiyini artıq aldığını göstərir