XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 July 2015 - 17:55

Şimali Koreyadan nüvə açıqlaması – «Uşaq oyuncağı deyil»

kim.jpg

İranla «altılıq» ölkələri arasındakı nüvə anlaşmasından sonra bütün diqqətlər həm də Şimali Koreyaya yönəlmişdi. Qalmaqallı addım və açıqlamaları ilə dünya mediasının gündəmindən düşməyən Şimali Koreya liderinin anlaşma ilə bağlı hansı mövqe sərgiləyəcəyi maraqlı idi.

Yeri gəlmişkən, bir neçə gün əvvəl ABŞ-dan gələn rəsmi açıqlamada Birləşmiş Ştatların təhlükəsizliyinə təhdid kimi göstərilən ölkələr arasında Şimali Koreyanın da adı keçirdi. Bu baxımdan, nüvə silahına sahib ölkənin nüvə anlaşmasına baxışı ABŞ üçün də əhəmiyyətli idi.

Xarici İşlər Nazirliyindən gələn son açıqlama Şimali Koreyanın anlaşma ilə bağlı nə düşündüyünü ortaya qoydu.

Strateq.az xəbər verir ki, nazirliyin sözçüsü nüvə müzakirələrinin masaya çıxarılacaq uşaq oyuncağı olmadığını bildirib:

«Şimali Koreya ilə İranı eyniləşdirmək doğru deyil. ölkəmiz ABŞ-ın hərbi və nüvə təhdidləri ilə üz-üzədir. Nüvə proqramının dondurulması və ya nüvə silahlarının təktərəfli ortadan qaldırılması ilə bağlı dialoqdan söhbət gedə bilməz. ABŞ bizə qarşı düşmən siyasətini davam etdirdikcə, ölkəmiz nüvə gücü missiyasını dəyişməyəcək».