Bu gün Prezident İlham Əliyev sərəncam imzalayıb.
Strateq.az xəbər verir ki, sərəncama əsasən, on bir min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Sincan-Xaçmaz-Filfili avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,55 milyon (bir milyon beş yüz əlli min) manat ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.