XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 July 2015 - 04:46

Vasif Talıbov iki sərəncam verdi, jurnalistlər mükafatlandırıldı – SİYAHI

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri Vasif Talıbov da Milli Mətbuatın yaranmasının 140 illiyi ilə bağllı sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasında mətbuat sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı jurnalistləri mükafatlandırıb:

“Əməkdar jurnalist” fəxri adı

Babayeva Təhminə Adil qızı
İsmayılov Babək Ələkbər oğlu
Sultanova Mehriban Paşa qızı.

Ali Məclis sədrinin digər sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında mətbuat sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunublar:

İsmayılov Sərxan Yaqub oğlu
Məmmədov Ziya Məmməd oğlu
Mirzəyeva Səkinə Abdulla qızı
Səfərov Məhəmməd Pənah oğlu
Talıbova Səadət Mənsim qızı