Bir qrup silahlı şəxs Əfqanıstanın paytaxtı Kabildə ABŞ universitetinə basqın edib.
Silahlılar binaya daxil olmazdan öncə partlayış törədiblər. Müəllim və tələbələr içəridə qalıblar.
Trend-in məlumatına görə, tələbələrdən biri "Frans Press" agentliyinə zəng edərək bildirib: "Mən və başqaları auditoriyada bağlı vəziyyətdə qalmışıq. Partlayış səsləri eşidilir, yaxınlıqda atışma gedir".
Hücum nəticəsində ən azı 5 nəfər xəsarət alıb. Yerli hakimiyyət universitetdə onlarla tələbə və müəllimin köməksiz vəziyyətdə qaldığını təsdiq edib.