XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 August 2016 - 23:09

“Əndişə yaradır…” –Rəsmi Moskvadan türk ordusunun əməliyyatına reaksiya

zaxarova-rusiya-xin

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Türkiyə ordusunun bu gün səhər saatlarında Suriyaya daxil olmasına reaksiya verib.

Strateq.az xəbər verir ki, Rusiya XİN-nin rəsmi saytında Türkiyənin hücumuna belə reaksiya verilib:

"24 avqust tarixində Türkiyə Suriya torpaqlarında əməliyyata başladığını açıqladı. Mətbuatda yer alan xəbərlərə görə, türk tankları müttəfiq Suriya müxalifət birlikləri ilə sərhədi keçiblər. Rəsmi Ankara hədəfinin IŞİD-lə mücadilə olduğunu açıqladı.

Moskva Suriya-Türkiyə sərhədində yaşananlardan çox narahatdır. Hər şeydə öncə sivil xalq arasında həyatını itirənləri nəzərə aldıqda, böhran bölgəsindəki durumun daha da pisləşəcəyi ehtimalı əndişə yaradır".

XİN-nin açıqlamasında daha sonra bildirilib ki, Suriya böhranı beynəlxalq hüquq çərçivəsində öz həllini tapmalıdır.