XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

25 Avqust 2016 - 11:23

Sarkisyan Putinlə görüşdən əvvəl ABŞ-a gedəcək –Yerevan bir əldə iki qarpız tuta biləcəkmi?

sarqsyan-33

10-11 oktyabr tarixində ABŞ-da, Nyu-Yorkda Ermənistanın investorları və donorlarının konfransı keçiriləcək.  Bu barədə “Amerikanın səsi” məlumat yayıb.  Ermənistan prezidenti Serj Sarkisyanın da bu tədbirə qatılacağı və ABŞ-a səfər edəcəyi bildirilib.

Lragir.am saytı qeyd edir ki, oktyabrın ikinci yarısında isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti Yerevanda keçiriləcək və Rusiya prezidenti Vladimir Putin  Ermənistana səfər edəcək. Beləliklə, Putinlə görüşdən əvvəl Sarkisyan ABŞ-a səfər edəcək.

Ermənistan üçün donor konfransının keçirilməsi barədə artıq bir neçə ildir ki, söhbət aparılır. Amma Yerevan 2013-cü il sentyabrın 3-də Avropa İttifaqı ilə Assosasiya Sazişi imzalamaqdan imtina etdikdən sonra konfransın keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınmışdı.

Ötən il may ayında ABŞ Ermənistanla investisiya sazişi bağlamağa cəhd göstərmişdi.  7 may 2015-ci ildə Sarkisyan ABŞ-a səfər edərək vitse-prezident Co Baydenlə görüşmüşdü.

Bu sazişin imzalanmasından bir il ötməsinə baxmayaraq razılaşmanın  kağız üzərində qalmasını, faktiki olaraq Sarkisyan ın Qərb investorlarını Ermənistana sərmayə qoymağa inandırmağa çalışdığını qeyd edən Lragir.am Yerevanın paradoksal xarici siyasət kursuna da diqqət çəkir.

Qeyd edir ki, ABŞ-a səfərdən qayıtdıqdan bir neçə gün sonra prezident Putinlə görüşəcək.  Bu görüş zamanı isə Türkiyə ilə sərhəddə Rusiya-Ermənistan  hərbi  qruplaşmasının  genişləndirilməsi barədə qərar qəbul olunacaq…

Strateq.az