XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 August 2016 - 16:15

“Allahın verdiyi bir canımız var…” –Kılıcdaroğlu sui-qəsdə uğramasından danışdı

kilicdaroglu

Bu gün avtomobili atəşə tutulan CHP lideri Kamal Kılıcdaroğlu baş verən hücumla bağlı ilk açıqlama verib.

Strateq.az xəbər verir ki, o, narahatlığa əsas olmadığını deyib:

"Sağlığımız yerindədir. Kimsə narahat olmasın. Allahın verdiyi bir canımız var, o da Vətənimizə fəda olsun. Hazırda mənim bir problemim yoxdur. Atışma bölgəsindən bizi güvənlik gücləri çıxardılar. Arzulamadığımız xoşagəlməz hadisə yaşadıq. İnanıram ki, güvənlik güclərimiz zərər çəkmədən əməliyyatı uğurla bitirəcək".

Son məlumata görə, terrorçullarla atışmada bir güvənlik əməkdaşı şəhid olub, terroristlərdən biri yaxalanıb.