XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

25 Avqust 2016 - 16:33

Azərbaycanda dollar və avro kəskin qalxdı –"Qara bazar"dan xəbər

dollaravro

Bankların dollar satışına limit tətbiq etməsi “qara bazar”ın aktivləşməsinə səbəb olub.

Strateq.az fins.az-a istinadən xəbər verir ki, hazırda bu bazarda valyuta əməliyyatları limitsiz reallaşdırılır:

“Qara bazar”da bir dolların alış kursu 1.70 manat, satışı isə 1.71 manat təşkil edir. Avronun alış-satış məzənnəsinə gəlincə, alış 1.90, satış 1.92 manat təşkil edir".

Qeyd edək ki, bu günə olan rəsmi valyuta məzənnələri dollar üzrə 1.6245 manat, avro üzrə 1.8308 manatdır. Kommersiya bankları tərəfindən hər iki valyutanın alqı-satqısı 4 faiz məzənnə fərqi ilə reallaşdırılır.