Sabah Rusiya Müdafiə Nazirliyinin baş qərargah rəisi Valeri Gerasimov Türkiyəyə rəsmi səfər edəcək.
Strateq.az xəbər verir ki, o, səfər çərçivəsində Türkiyə ordusunun baş qərargah rəisi Hulisi Akarla görüşəcək.
Görüşdə, Suriyaya daxil olan Türkiyə ordusunun addımları və Suriyadakı gələcək planlarının müzakirə olunacağı vurğulanır.