XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

26 Avqust 2016 - 00:14

Daha bir Azərbaycan klubu qrup mərhələsində! –“Qəbələ” Avroliqada uğur qazandı

qebele-futbol

Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları çərçivəsində  “Qəbələ” Sloveniyada “Maribor”un qonağı olub.

Strateq.az xəbər verir ki, Bakıda keçirilən ilk görüşdə 3:1 hesablı qələbə qazanan təmsilçimiz cavab oyununa gözlənilən oyunu nümayiş etdirə bilməsə də, ardıcıl ikinci il qrup mərhələsində çıxış etmək hüququ qazana bilib.

Belə ki, 66-cı dəqiqədə "Maribor"lu oyunçu Tavares hesabı açıb -1:0.

Bundan 3 dəqiqə sonra isə komandamızın "silahı" Teo Uiks qırmızı kartla meydandan qovulub.

Bundan sonra aşkar üstünlüyə sahiblənən ev sahibi komanda ardıcıl hücumlar təşkil ediblər. Lakin qapçımız əla oynayıb.

Hakimin oyuna əlavə etdiyi 6 dəqiqədə isə rəqibin hücumları daha kəsərli olsa da, "Qəbələ" qapısını növbəti qoldan qoruya bilib. Bu isə komandamızın qrup mərhələsinə vəsiqə qazanmasını təmin edib.