XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 August 2016 - 11:09

AMEA-da dəyişiklik –Qərib Məmmədov aşağı vəzifəyə keçirildi, deputata yeni vəzifə verildi

qerib-memmedov

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sabiq sədri Qərib Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) aşağı vəzifəyə keçirilib.

Belə ki, indiyədək AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik katibi vəzifəsində çalışan Q.Məmmədov AMEA-nın aqrar məsələlər üzrə müşaviri vəzifəsinə təyin olunub.

Bundan əlavə, AMEA-nın Aqrar Elmlər Bölməsi Biologiya və Tibb Elmləri Bölməsinə birləşdirilib. Bölmənin akademik katibi vəzifəsinə Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Tibb Universitetinin sabiq rektoru, deputat Əhliman Əmiraslanov təyin olunub. Q.Məmmədova isə müşavir vəzifəsi verilib.

AMEA-dan “Report”a fakt təsdiqlənib.