XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 August 2016 - 13:41

Deputat Azərbaycanda doğulmuş erməni nazirin işdən çıxarılmasını istəyir –Kampaniya

avakov

Ukrayna Ali Radasında Azərbaycanda anadan olmuş erməni əsilli daxili işlər naziri Arsen Avakovun işdən çıxarılması ilə bağlı qanun layihəsi qeydiyyata alınıb.

Modern.az Ukrayna mediasına istinadən bildirir ki, bu haqda parlamentin saytında xəbər verilir.

Layihənin müəllifi “Pyotr Poroşenkonun Bloku”ndan olan deputat Sergey Kaplindir. Sənəd hazırda parlament rəhbərliyinin müzakirəsinə verilib. Amma layihənin mətni parlamentin saytına yerləşdirilməyib.

Ali Rada tətildən sonra sentyabrın 6-da işə başlayacaq.

Arsen Avakov 1964-cü il yanvarın 2-də Bakının o zamanki Kirov qəsəbəsində anadan olub.