XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 July 2015 - 12:29

ABŞ-dan Putinə hədə: “Bir neçə ay sonra görəcəksiniz”

“Kremldə kimsə nəinki Ukrayna, hətta Gürcüstanda da vəziyyəti gərginləşdirmək qərarına gəlib”.

Bunu “Amerikanın səsi” radiosuna müsahibəsində ABŞ-ın Gürcüstandakı keçmiş səfiri Uilyam Kortni söyləyib.

Onun sözlərinə görə, Gürcüstan Bakı-Tiflis-Ceyhan neft kəmərinin təhlükəsizliyini artırmalıdır:

“Qərbin Gürcüstana daha çox diqqət ayırmaq zamanı gəlib. Bunun hərbi yardım olması vacib deyil. Qərbin Ukraynaya silah verməməsindən həvəslənən Rusiya elə bilir ki, Gürcüstanla da belə olacaq. Mənim fikrimcə, bir müddət sonra Ukrayna və Gürcüstana silah verilməsi haqqında Konqresdə müzakirələr başlayacaq. Bu, tez olmayacaq, amma siz bir neçə ay sonra bu mövzu ətrafında debatları görəcəksiniz”.