XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

26 Avqust 2016 - 14:53

“Problemləri mənimlədirsə, mən hazıram…” –Əli Kərimlidən həbs olunacağı xəbərinə reaksiya

ali-kerimli-1

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli “Amerikanın səsi” radiosuna verdiyi müsahibədə həbs ediləcəyi ehtimalı ilə bağlı yerli mediada yayılan məlumatları şərh edib.

AXCP sədri bildirib ki, onu həbs etmək istəyirlər:

"Prinsip etibarı ilə bir neçə müddətdir ki, hökumətyönlü media məni ciddi şəkildə şərləyir. Ətrafımdakı adamlar da sürətlə həbs olunurlar. Bu məlumata mən də rast gəldim, oxudum və təəccüblənmədim. Mənim üçün təəccüblü olmadı. Gözlənilir, belə bir hadisənin olması. Əslində, belə daha yaxşıdır. Çünki ətrafımda olan günahsız insanları həbs edərək guya mənimlə bağlı zəmin yaratmaq istəyirlər. Problemləri mənimlədirsə, mən hazıram…”.

“Bəs sizi hansı ittihamla həbs edə bilərlər” sualına isə AXCP sədri belə cavab verib: “Hökumət mətbuatı məni ölkədə “baş gülənçi” elan edib. Ona görə, güman etmək olar ki, məhz bu istiqamətdə hərəkət edəcəklər”.